Müəllif: Dr. İradə Abdullayeva, kardioloq-diyetoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis, ANDOP mütəxəssisi
Maqneziumun faydaları:
Mg – sümük inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir;
Mg – ürək ritmini normallaşdırır, qan təzyiqini nizamlayır;
Mg – qan şəkərinin səviyyəsini tənzimləyir;
Mg – əzələ qıc olmalarını aradan qaldırır;
Mg – oynaq ağrısını azaldır.
Mg – osteoporozun yaranmasının qarşısını alır: kalsiyumla birgə sümük toxumasının mineral sıxlığını artırır.
Mg – yuxusuzluq, stres və depressiya kimi problemlərin qarşısını alır.
Mg – yorğunluqla mübarizə aparır, baş ağrısını aradan qaldırır;
Mg – diş sağlamlığında önəmlidir;
Mg – böyrək daşlarının yaranmasının qarşısını alır.
Bədəndə maqnezium çatışmazlığı hansı simptomlarla müşahidə olunur?
Orqanizmdə normadan artıq miqdarda maqnezium olduqda, xüsusilə kalsium və fosforla eyni vaxtda istifadəsi zamanı zəhərlənmə baş verə bilər.
Qanda maqneziumun artımı antasidlərin (qastrit, mədə xorasının müalicəsi üçün dərmanlar) və ya işlətmə dərmanlarının istifadəsi ilə baş verə bilər. Böyrək funksiyasının pozulması serum maqneziumda əhəmiyyətli dərəcədə artıma səbəb ola bilər. Tez yorğunluq, yuxululuq, iş qabiliyyətinin azalması və nəcisin pozulması– ishal halları yarana bilər.
Bədəndə maqnezium çatışmazlığının qarşısını necə almaq olar?
Bu zaman pəhrizə aşağıdakı qidaları daxil etmək lazımdır:
İnsan bədəninin gün ərzində maqneziuma olan ehtiyacı orta hesabla 400 mq-dır. Maqnezium qəbulu gün ərzində 800 mq-ı keçməməlidir. Maqnezium çatışmazlıqlarının qarşısını qidalar vasitəsi ilə təmin edə bilmədikdə və bir çox xəstəliklər zamanı maqnezium qida əlavələrinin istifadəsi tövsiyə olunur.
]]>